CƏMİYYƏT


Qışın ilk günündə Gədəbəy ağ örpəyə büründü

Qış fəslinin daxil olduğu gün qərb bölgəsinin dağlıq ərazilərinə, o cümlədən Gədəbəy rayonuna qar yağıb.
AZƏRTAC xəbər verir ki, rayon ərazisinə 15-20 santimetr hündürlüyündə qar yağıb. Gədəbəy Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, elektrik enerjisinin və qazın verilişində hər hansı problem qeydə alınmayıb və bununla bağlı məlumat daxil olmayıb. Aidiyyəti qurumlar gündəlik iş rejimində fəaliyyətlərini davam etdirirlər.