Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bakı Metropoliteni” QSC-i yeniliklərlə dolu şou-proqram təqdim edib

29.12.2021 [14:42]

Xəbərin mətni

Bu gün Yeni il bayramının əsas qəhrəmanları olan Şaxta baba və Qar qız sərnişinlərin görüşünə gəlib. AZƏRTAC xəbər verir ki, “İçərişəhər” stansiyasının vestibülündə paytaxt sakinləri və qonaqlarına maraqlı yeni il şousu təqdim edilib. Məşhur nağıl və cizgi qəhrəmanları, sehrbazlar metropolitenin azyaşlı sərnişinlərini əyləndirərək, onlara müxtəlif hədiyyələri təqdim ediblər.