RƏSMİ


MİDA-nın Hövsan və Yasamal Yaşayış komplekslərində hərbçilər üçün nəzərdə tutulmuş mənzillər istifadəyə verilib Prezident İlham Əliyev mənzillərlə tanış olub

Dekabrın 29-da Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan və Yasamal Yaşayış komplekslərində inşa edilmiş binalarda hərbçilər üçün nəzərdə tutulmuş mənzillər istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki yaşayış kompleksindəki mənzillərlə tanış olub.