CƏMİYYƏT


Abşeronda iki nəfərdən 7 kiloqramdan artıq narkotik aşkar edilib

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Həyata keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər – Abşeron rayon sakinləri Məhəmməd Səmədov və Elnur Xəlilov saxlanılıblar.