Avtomobil üç maşına çırpılıb mağazaya girdi
10.01.2022 [18:46]
Xəbərin mətni
Göyçay rayonunda dörd avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.Hadisə bu gün saat 16:00 radələrində Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.Yolda sürətlə hərəkət edən VAZ-2107 markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib, avtomobil yoldan çıxaraq kənarda dayanmış VAZ-2106, VAZ-21011 və VAZ-2107 markalı avtomobillərə çırpılıb.Sonra VAZ-2107 markalı avtomobil elektrik dirəyini aşırıb, daha sonra isə “Telefon evi” adlı mağazanın pəncərəsindən içəri daxil olub.