Mühafizə polisi bağ evindən oğurluq edən şəxsi hadisə yerində yaxalayıb
11.01.2022 [16:03]
Xəbərin mətni
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə mühafizə olunan obyektlərin təhlükəsizliyi fasiləsiz etibarlı şəkildə qorunur.DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunu sübut edən növbəti hadisə Abşeron rayonu ərazisində qeydə alınıb.Novxanı qəsəbəsində xüsusi texniki vasitələrlə qorunan bağ evlərindən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “Həyəcan” siqnalı daxil olub. Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları dərhal hadisəyə operativ reaksiya göstəriblər.