Azərbaycan Prezidenti: Biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atdıq
12.01.2022 [20:39]
Xəbərin mətni
Son 15 ildə meyvə istehsalı Azərbaycanda 2 dəfə artıb. İki dəfə, yəni, çox böyük rəqəmdir. Üzüm istehsalı da, həmçinin 2 dəfə artıb, tərəvəz istehsalı artıb. Pambıq istehsalı dəfələrlə artıb. Demək olar ki, biz son beş il ərzində pambıqçılığı diriltdik və qeyri-neft ixracatında pambığın nisbəti ildən-ilə artır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.