Xocavənddə silah-sursat aşkar edilib
14.01.2022 [11:12]
Xəbərin mətni
İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatın aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni ordusuna məxsus silah-sursat aşkar edilib. Polis əməkdaşları 1 minaatan qurğusu, 2 qumbaraatan, 8 top mərmisi və 6200 müxtəlif çaplı patronlar götürərək aidiyyəti üzrə təhvil veriblər.