CƏMİYYƏT


Tovuzda özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təminat prosesi davam edir

Özünüməşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyinin 22 saylı ərazi məşğulluq filialının Tovuz rayon Xidmət Şöbəsi tərəfindən verilən aktivlər üzrə 41 zərf mövcuddur ki, onlardan 4 zərf kənd təsərrüfatı, 37 zərf isə istehsal və xidmət sahəsinə aiddir. Ötən ildə 236 vətəndaş aktivlərlə təmin olunub. Onlardan 58 nəfəri şəhid ailəsi, 75 nəfəri qazi, 20 nəfəri müharibə iştirakçısı və 12 nəfəri əlilliyi olan şəxs, 71 nəfəri isə xüsusi xidməti olmayan adi vətəndaşdır. Filiala 2021-ci ildə 6450 nəfər işaxtaran və işsiz vətəndaş müraciət edib. Onlardan 5418 nəfəri işaxtaran vətəndaş kimi qeydiyyata alınıb, 1250 nəfərə işə göndəriş verilib, onlardan 977 nəfəri daimi işlə təmin olunub.