Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb
15.01.2022 [12:26]
Xəbərin mətni
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhər sakini Məhəmməd Baxşıyevin idarə etdiyi “VAZ” markalı avtomobil ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etdiyi, bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olduğu müəyyən edilib.