Ankaranın Atakule qülləsi yenidən Azərbaycan bayrağının rənglərinə boyanıb
15.01.2022 [13:57]
Xəbərin mətni
Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü münasibətilə Ankaranın simvollarından biri olan Atakule qülləsi Azərbaycan bayrağının rənglərinə boyanıb.
AZƏRTAC xəbər verir ki, qüllənin üzərində Türkiyə və Azərbaycan bayraqları, həmçinin türk və ingilis dillərində "Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi mübarək olsun!” sözləri yazılmış lövhə əks olunub.