CƏMİYYƏT


Qafqaz Müsəlmanları İdarəsinin sədri Romada Heydər Əliyev Fondunun bərpasına başladığı Komodilla katakombalarını ziyarət edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycandakı dini icmaların təmsilçilərindən ibarət nümayəndə heyəti Romada Heydər Əliyev Fondunun iştirakı ilə bərpasına başlanılan Müqəddəs Komodilla katakombalarını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələri Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Artıq on ildən çoxdur ki, Fondun dəstəyi ilə Vatikanda və Romada mühüm tarixi əhəmiyyət daşıyan dini abidələr bərpa olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır