CƏMİYYƏT


Şəhid atası Vətən müharibəsi şəhidlərinin xatirəsinə park və abidə kompleksi yaradıb

Hacıqabulun Udulu kəndində şəhid atası şəhidlərin xatirəsinə park salıb, abidə kompleksi inşa etdirib. Ərazidə həmişəyaşıl ağaclar və dekorativ gül kolları da əkilib. Park və abidə kompleksində Vətən müharibəsi şəhidlərinin şəkilləri yer alacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, parkın girişində Azərbaycan və Türkiyə bayraqları dalğalanır. Burada zirvə simvolu olan qartal heykəli də ucaldılıb, şəhidlərin xatirəsinə bulaq inşa edilib. Parkın ərazisində ibadət otağı da yaradılıb.
Şəhid atası Şöhrət Qasımov deyib ki, parkda bütün şəhidlərin şəkilləri yer alacaq. Mindən çox ağac əkilib. Daha 2 mini də əkiləcək.
Şöhrət Qasımovun övladı Həsən Udulu kənd ərazi birliyinin Vətən müharibəsində şəhid olan 6 qəhrəmanından biridir.