MƏDƏNİYYƏT


“Şuşa İli” mədəniyyət paytaxtımızın inkişafında yeni bir səhifə olacaq – Şuşadan reportaj

Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, incəsənətimizin, mədəniyyətimizin beşiyi, qürur mənbəyimiz olan Şuşa işğaldan azad edildikdən sonra AZƏRTAC-ın müxbirləri Pənahəli xanın yurduna dəfələrlə səfər edib, müxtəlif istiqamətlərdə çoxsaylı reportajlar, xəbərlər hazırlayıblar. Bölgə müxbirimizin dağlar qoynundakı bu gözəl şəhərə növbəti səfəri isə Prezident İlham Əliyevin “Şuşa İli” elan etdiyi 2022-ci ilə təsadüf etdi.