İmişlidə brakonyerliyə qarşı reyd zamanı qanunsuz ov qurğuları məhv edilib
18.01.2022 [14:33]
Xəbərin mətni
İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının və Azərbaycan Balıqçılar İttifaqının nümayəndələrinin iştirakı ilə Araz çayının rayon ərazisindəki hissələrində, eləcə də bir neçə su kanalında qanunsuz balıq ovuna qarşı reyd keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, reyd zamanı su hövzələri boyunca quraşdırılan qanunsuz sintetik torlar, balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ ləvazimatlar polis əməkdaşları tərəfindən sudan çıxarılıb.