SİYASƏT


Prezident İlham Əliyev: Tarix və millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır

Müharibədən sonra mənim təşəbbüsümlə Qarabağ Dirçəliş Fondu, “YAŞAT” Fondu yaradılıb. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm “YAŞAT” Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xüsusilə xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir. Bu, bir daha onu göstərir ki, xeyriyyəçilik hər zaman Azərbaycan xalqının ayrılmaz əlaməti olubdur. Sadəcə olaraq, buna şərait yaradılmalı idi, dövlət tərəfindən bu siyasət dəstəklənməli idi və bu gün biz bunu görürük.