CƏMİYYƏT


Göyçayda şagird bədbəxt hadisənin qurbanı olub

Göyçayda 11-ci sinif şagirdi bədbəxt hadisənin qurbanı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Şıxəmir kəndində baş verib. İlkin məlumatlara görə, kənd sakini, 16 yaşlı İsmayılova Aysun Habil qızı yaşadığı evdə dəm qazından zəhərlənib. Kənd sakinlərinin verdiyi məlumata görə, hadisə baş verən günü qızın ailə üzvləri evdə olmayıblar. Ailə üzvləri qayıdarkən Aysun İsmayılovanın səhhətində narahatçılıq olduğunu görərək Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. İlkin tibbi yardımdan sonra A.İsmayılova müalicə üçün Respublika Toksikoloji Mərkəzinə çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, Aysun İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb. Valideynləri Aysun İsmayılovanın ölüm səbəbini qaz sızması ilə əlaqələndiriblər.