Başlanğıcını Suqovuşan su anbarından götürən kanala beton üzlük çəkilib
19.01.2022 [11:21]
Xəbərin mətni
Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi tərəfindən Goranboy rayonunda uzun illər torpaq məcralı kanal kimi istifadə olunmuş Xanarx kanalında beton işləri görülüb. Aparılan tədbirlər zamanı rayon üçün suvarmada xüsusi rolu olan kanalın sağ və sol sahilinə beton üzlük çəkilib. 30 il istifadəsiz qalan kanal uzun illərdən sonra Suqovuşandan gələn su ilə qovuşub. Artıq bu kanal vasitəsilə 6300 hektar əkin sahəsi asanlıqla suvarıla biləcək.