CƏMİYYƏT


Salyan sakinindən 1 kiloqram narkotik götürülüb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Hümmət Piriyev şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana keçirilən baxış zamanı oradan təmiz çəkisi 1 kiloqram 80 qram olan marixuana və bir ədəd 7,62 mm patron aşkarlanaraq maddi sübut kimi götürülüb.