SİYASƏT


20 Yanvar şəhidlərinin xatirəsi Pakistanda da anılıb

Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı, bu ölkənin SZABİST Universiteti və Regionşünaslıq İnstitutunun həmkarlığı ilə 20 Yanvar şəhidlərinin anım gününə həsr olunan “20 Yanvar 1990 – Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi” adlı seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda səfirliyin əməkdaşları, universitet rəhbərliyi və tələbələr, Pakistan ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.