CƏMİYYƏT


Yasamal rayonunda 8 nəfərdən 25 kiloqramdan artıq narkotik vasitə götürülüb

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 25 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat zamanı əvvəlcə paytaxt sakini Namiq Həsənov saxlanılıb. Onun üzərindən, eləcə də evindən ümumilikdə 25 kiloqram 151 qram heroin və marixuana aşkar olunub. Namiq Həsənov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Həyata keçirilən digər əməliyyat zamanı Yasamal rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Fuad Əlizadə, Elvin Mustafayev, Xəyal Hüseynzadə, Elnur Heydərov, Vahid Şirinzadə. Hüseyn Məmmədov və Tayyib Almyaşev tutulublar.