CƏMİYYƏT


Qubada uşaqların qış əyləncəsi olan kirşə yarışlarından REPORTAJ

Qarlı-şaxtalı hava ucqar dağ kəndlərinin sakinlərinin qayğılarını artırsa da, burada yaşayan uşaqların ikiqat sevincinə səbəb olur.Kənd uşaqları yay aylarından kirşələrini hazırlayıb səbirsizliklə qarın yağmasını gözləyirlər. Qubanın Alpan kəndində uşaqlar kirşə sürməyə daha həvəslidirlər. Dağlıq ərazidə yerləşən kəndin enişli-yoxuşlu yolları bu əyləncə üçün idealdır.