CƏMİYYƏT


Gəncədə avtomobillərdən oğurluq edən şəxs saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Məmmədov yol kənarında dayanan avtomobilə qeyri-qanuni yolla daxil olaraq oradan pul oğurlayıb. Bundan başqa şübhəli şəxsin müştəri qismində əyləşdiyi taksidən mobil telefon da oğurlaması məlum olub.