İQTİSADİYYAT


“Qaradolaq” qoyunları həm məhsuldardır, həm də digər cinslərdən 2-3 dəfə çox gəlir gətirir

Hər bir fermer gəlir gətirən sahə ilə məşğul olmağa çalışır. Xırdabuynuzlu heyvan təsərrüfatını cins qoyunlardan təşkil edən tovuzlu fermer Fərhad Məmmədov 13 ildir fermasında yalnız “Qaradolaq” cinslərini bəsləyib, gəlir qazanır.
AZƏRTAC xəbər verir ki, Ağcabədi rayonunun Qaradolaq kəndində Qarabağ qoyunlarının xüsusi bir cinsi kimi formalaşan “Qaradolaq” XIX əsrin sonu - XX əsrin əvvəllərindən geniş yayılıb.