CƏMİYYƏT


DİN-in Polis Akademiyasına qəbul elan edilib

Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsil üzrə 200 kursantın qəbulu üçün müsabiqə elan edib.
DİN-dən verilən məlumata görə, müsabiqədə - Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi həqiqi hərbi xidmətə yararlı olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilər.