CƏMİYYƏT


Ucarda ağır yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb

Gecə saatlarında Bərgüşad-Göyçay yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Cavanşir Ağarəhim oğlu Kərimovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə "Opel" markalı minik maşınının toqquşması nəticəsində hər 2 avtomobil yoldan çıxaraq yaxınlıqdakı su arxına düşüb.
İkisi azyaşlı olmaqla 5 nəfər Göyçay rayon sakinləri - 1995-ci il təvəllüdlü Əfsanə İsa qızı Kərimova, övladları - 2011-ci il təvəllüdlü Məryəm Ceyhun qızı Kərimova, 2019-cu il təvəllüdlü Ömər Ceyhun oğlu Kərimli, azyaşlıların nənəsi, 1970-ci il təvəllüdlü Şövqiyə Zaman qızı Həmidova və hələlik şəxsiyyəti məlum olmayan "Opel" markalı maşının sürücüsü müxtəlif dərəcəli xəsarət alıblar.