CƏMİYYƏT


Şirvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Salyan rayon sakini Bayramqulu Məmmədov şübhəli şəxs qismində Şirvan şəhəri ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 2 kiloqram 850 qram olan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.