CƏMİYYƏT


Qanunsuz parklanma ​ilə əlaqədar keçirilən reydlər zamanı 180-dən artıq sürücü cərimə olunub

Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar növbəti reyd paytaxtın Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən metronun “Qara Qarayev”, “Nefçilər” və “Xalqlar Dostluğu” stansiyalarının yaxınlığında baş tutub. Gün ərzində keçirilən reydlərdə 86 sürücü barəsində inzibati protokol tərtib edilib.
Nizami rayonunda keçirilən reydlər zamanı qanunsuz olaraq parklama xidməti təşkil edən 14 şəxs də müəyyən edilib və həmin onlar da inzibati məsuliyyətə cəlb olunublar.