Azərbaycan Dövlət İnformasiya Agentliyi

DOST mərkəzlərində "onlayn növbə" və "surdotərcümə" xidmətləri istifadəyə verilib

28.01.2022 [11:24]

Xəbərin mətni

Vətəndaşlar DOST mərkəzlərində xidmətlərdən "onlayn növbə" ilə yararlana bilərlər. Bunun üçün DOST Agentliyinin rəsmi saytına daxil olmaq və əsas səhifədə qarşınıza çıxan "onlayn növbə" düyməsinə basmaq lazımdır.Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, bundan sonra açılan səhifədə xidmət almaq istənilən mərkəz, xidmət istiqaməti, xidmət tarixi və vaxtını seçməklə, eləcə də FİN nömrəsi və şəxsiyyət vəsiqəsinin nömrəsini daxil etməklə onlayn növbə əldə etmək mümkündür.

BÖLMƏNİN DİGƏR VİDEOLARI