CƏMİYYƏT


Abşeronda narkotik vasitələrin satışı ilə məşğul olan daha 6 nəfər saxlanılıb

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Xırdalan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb. Əməliyyat zamanı Xırdalan şəhərində yaşayan əvvəllər məhkum olunmuş Sehranə İsgəndərova, Cəmilə Musayeva, Heydər Abbasov, Rəşad Əliyev və Cavid Qurbanov saxlanılıblar.
Araşdırma nəticəsində müəyyən edilib ki, Sehranə İsgəndərova Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs olub. O, xaricdə yaşayan narkotacirlərdən biri ilə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq onun ölkə ərazisinə göndərdiyi külli miqdarda heroini Abşeron rayonu ərazisində qəbul edib. Daha sonra Sehranə İsgəndərova adları çəkilən şəxslərdən ibarət narkoşəbəkə quraraq Abşeron rayonunda narkotik vasitələrin satışını təşkil edib. Onun Xırdalan şəhərində yerləşən evinə və üzərinə baxış zamanı 2 kiloqram 700 qram heroin və psixotrop maddə metamfetamin aşkar edilib.
Qeyd edək ki, Sehranə İsgəndərovanın yaşadığı evdə narkotik vasitə aludəçiləri üçün tiryəkxana təşkil etdiyi də müəyyən edilib.