SİYASƏT


Prezident İlham Əliyev: İkinci Dünya müharibəsi ilə bağlı təhrifetmə cəhdlərinə son qoyulmalıdır

İkinci Dünya müharibəsinin tarixi ilə bağlı təhrifetmə cəhdlərinə son qoyulmalıdır. Bu siyasət dünyanı uçuruma aparacaq. Faşizmi qəhrəmanlaşdırmaq olmaz. Amma bir tərəfdən Ermənistan rəsmən bu fikirlərə qoşulsa da, faktiki olaraq Njde kimi faşistin qəhrəmanlaşdırılması ilə bağlı konkret addımlar atır.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Gəncəyə səfəri zamanı AZƏRTAC-a müsahibəsində bildirib.