CƏMİYYƏT


Cəbrayılda xeyli sayda mina aşkarlanıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə partlayıcı vasitələrin aşkar olunaraq təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı dağıdılmış evlərdən birində minalar aşkar edilib. Aşkar edilən 160 ədəd tank və piyada əleyhinə mina aidiyyəti üzrə təhvil verilib.