60 kiloqram narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb
04.02.2022 [13:12]
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən 40 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 60 kiloqram narkotik maddə və psixotrop maddə, eləcə də 5 000 ədəd psixotrop tərkibli həb çıxarılıb.
Daxil olan əməliyyat məlumatı əsasında Abşeron rayonunda həyata keçirilən əməliyyat zamanı əvvəllər məhkum edilmiş Hüseyn Məmmədov saxlanılıb. Ondan 6 kiloqramdan artıq heroin və metamfetamin, 100 ədəd psixiotop tərkibli həb, 1 ədəd tapança, daraq, partonlar və beşbarmaq aşkar edilib. Xətai və Nəsimi rayonlarında həyata keçirilən əməliyyatlar zamanı isə Gündüz Qarayev və Elxan Məmmədli saxlanılıblar. Onlardan ümumilikdə 12 kiloqram heroin, metamfetamin, tiryək, o cümlədən 480 ədəd psixotrop tərkibli həb aşkar edilib. Adı çəkilən şəxslərin qaçaqmalçılıq yolu ilə əldə etdikləri külli miqdarda narkotiklərin həm ölkə ərazisində satışını təşkil etməsinin qarşısı alınıb.