FHN vətəndaşları binaların həyətlərində xüsusi təyinatlı texnikanın hərəkətini məhdudlaşdırmamağa çağırıb
04.02.2022 [15:15]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşları binaların həyətlərində xüsusi təyinatlı texnikanın hərəkətini məhdudlaşdırmağa yol verməməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, bunu FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı, kapitan Nurlan Qədimov jurnalistlərə müsahibəsində deyib.