CƏMİYYƏT


Xırdalanda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha bir nəfər saxlanılıb

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanlılıb. Əməliyyat zamanı əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsin ilə məşğul olduğuna görə məhkum olunmuş Turan Əliyev tutulub. Onun əlində olan çantaya baxış zamanı yüksək təsiredici xassəyyə malik 1 kiloqram 500 qram heroin aşkar olunaraq götürülüb.