CƏMİYYƏT


Saatlıda narkotik alverçiləri saxlanılıb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Bakı şəhər sakinləri Ceyhun Məmmədli və Asif Səmədov rayon ərazisində saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı bir kiloqramdan artıq narkotik maddə heroin, 10 qrama yaxın psixotrop maddə olan metamfetamin və 1 kiloqram 650 qrama marixuana aşkar edilərək götürülüb.