İstifadəyə yararsız 4 ton at və mal ətinin satışını həyata keçirən mütəşəkkil dəstənin üzvləri tutulublar
08.02.2022 [14:53]
Xəbərin mətni
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları vətəndaşların ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı Xaçmaz rayonunda ət tədarükü məntəqəsi yaradıb heyvan kəsimi sexi görüntüsü adı altında pərdələnərək istifadəyə yararsız, ölü at və iribuynuzlu heyvan ətinin satışı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri məsuliyyətə cəlb ediliblər.