Azərbaycan Dövlət İnformasiya Agentliyi

Narkotik satan Quba sakini saxlanıldı

09.02.2022 [11:05]

Xəbərin mətni

Quba Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Mirzə Vəliyevi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsin üzərinə və yaşadığı evdən kibrit qutularında marixuana, kannabis bitkisinin toxumları və 12 ədəd güclü təsirediciliyə malik maddə aşkar olunaraq götürülüb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI