Paytaxtda yerləşən parklardan fontan başlıqları və elektrik avadanlıqları oğurlayan şəxs saxlanılıb
09.02.2022 [16:17]
Xəbərin mətni
Səbail rayonunda yerləşən parklardan birindən 32 ədəd ümumi dəyəri 2560 manat olan fontan başlığı oğurlanıb. Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Balakən rayon sakini Rəşad Qurbanov saxlanılıb. O, ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib. Bölmədə əlavə araşdırma aparılan zaman Rəşad Qurbanovun paytaxtın müxtəlif rayonlarında yerləşən parklarından da elektrik avadanlıqları oğurladığı müəyyən edilib.