Narkotik vasitələrin satışını təşkil edən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar
09.02.2022 [17:31]
Xəbərin mətni
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyatlar zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirib narkoşəbəkə yaradan 4 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 76 kiloqram narkotik vasitə və psixotrop maddə, eləcə də 965 ədəd psixotrop tərkibli həb çıxarılıb.