Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hava şəraitinin quraq keçməsi məhsuldarlığa mənfi təsir göstərir

10.02.2022 [14:48]

Xəbərin mətni

Qərb bölgəsinin aran hissəsində iki aya yaxındır ki, yağıntı düşmür. İqlimin quraq keçməsi təsərrüfat sahələrinə müəyyən işləri görməyə əlverişli şərait yaratsa da, ümumilikdə yağıntının düşməməsi məhsuldarlığa təsir edə bilər.
AZƏRTAC xəbər verir ki, Tovuzun Qaraxanlı kənd sakini Fərhad Hümbətov uzun illərdir taxıl əkib-becərməklə məşğuldur. O, özünün bu qida təminatını da tam ödəyə bilir. Quraqlıq keçdiyindən əkdiyi taxıl sahəsində yaşıllıq gözə dəymir. İki aydır quraqlığın müşahidə olunduğunu söyləyən kənd sakini yaxın günlərdə yağışın yağacağına ümid edir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI