CƏMİYYƏT


Vətən müharibəsi şəhidi Xəyal Məmmədovun xatirəsi anılıb

Vətən müharibəsi zamanı qəhrəmanlıqla döyüşərək şəhid olan Xəyal Məmmədovun doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım günündə şəhidin ailəsi ilə yanaşı, Füzuli rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, döyüş yoldaşları, orta məktəb və bağça kollektivi, l-ll Qarabağ müharibəsi qaziləri, Birinci Zobucuq qəsəbə və Qərvənd kənd sakinləri iştirak edib. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.