RƏSMİ


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Cümə məscidində bərpa işlərinin gedişi ilə tanış olublar

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, işğaldan azad olunan ərazilərdə Heydər Əliyev Fondunun layihələrinin koordinatoru Sabiq Abdullayev dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.