Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan silahlı şəxs saxlanılıb
14.02.2022 [17:08]
Xəbərin mətni
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Balaxanı qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində üzərində və yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat və külli miqdarda narkotik maddə saxlayan şəxs tutulub. Şöbəyə əvvəllər məhkum olunmuş Zaur Əfəndiyevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və onun üzərinə baxış zamanı ümumilikdə 28 qram tiryək və heroin aşkar edilib.