Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ziya Zakir Acar: Qəzalı vəziyyətdə olan “Metsamor” bölgəyə ağır fəlakət “vəd edir”

15.02.2022 [11:27]

Xəbərin mətni

Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının qəzalı vəziyyətdə olması İqdır əhalisini daim təşvişdə saxlayır. Bölgəmiz seysmoloji cəhətdən fəal bölgədə yerləşir. Ermənistandakı zəlzələ dünən axşamdan bəri narahatlığımızı daha da artırıb.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən İqdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri, saxta “erməni məsələsi” üzrə tədqiqatçı-yazar Ziya Zakir Acar ifadə edib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI