Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xarici ölkə vətəndaşlarının iştirakı ilə “Xocalı-30” videoçarxı hazırlanıb

16.02.2022 [09:45]

Xəbərin mətni

Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkə vətəndaşlarının və Azərbaycan diasporunun nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 30 illiyi ilə bağlı videoçarx hazırlayıb.Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Xocalıya ədalət!”, “Xocalını unutmadıq!” şüarlarının müxtəlif dillərdə səsləndiyi videoçarxda 50 nəfər iştirak edib. Hər bir xalqın nümayəndəsi bu şüarları öz dilində səsləndirib.