CƏMİYYƏT


Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib

Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
AZƏRTAC xəbər verir ki, magistralın Şəmkir rayonu ərazisindən keçə hissəsində “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü Mahir Nağıyev hadisə yerində ölüb. Onun həyat yoldaşı Gülnar Nağıyev isə müxtəlif xəsarətlərlə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.