CƏMİYYƏT


Öz brendini yaradan toxucu qadın: Sosial şəbəkə hesablarımızdan sifarişlər də qəbul edirik

Azərbaycan xalqının qədimdən bəri məşğul olduğu sənət və peşə növlərindən biri də toxuculuqdur. Zəngin naxışlı, rəngarəng çeşidli toxumalar, parçalar daim xalq ustalarının bədii fikir və yaradıcı təxəyyülünü özündə əks etdirib, xalqın bədii estetik tərbiyəsinin inkişafında mühüm rol oynayıb. Müasir dövrümüzdə də bu sənət növü ilə məşğul olan həvəskar və peşəkar toxucular az deyil.AZƏRTAC-ın bölgə müxbiri Gəncədə “Qızıl Əllər” MMC-nin nəzdində fəaliyyət göstərən və toxuculuq fəaliyyətilə məşğul olan qadın sahibkar Günay Cəfərovanın əl işləri ilə tanış olub, uğur hekayəsini dinləyib.