Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zərdabda baş verən yanğın zamanı ana və qızı ölüb

19.02.2022 [17:08]

Xəbərin mətni

Yanğın zamanı ümumi sahəsi 180 kvadratmetr olan kürsülü, birmərtəbəli, 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı 1 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yanğın yerinin araşdırılması zamanı 1993-cü il təvəllüdlü Əhmədova Pərvanə Kərim qızı və 2013-cü il təvəllüdlü Əhmədli Gülayə Pərvin qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI