Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rotterdamda Xocalı qətilyamı şəhidlərinin xatirəsi yad edilib

20.02.2022 [16:18]

Xəbərin mətni

Rotterdam şəhərində yerləşən “Life & Changing” İncəsənət və Mədəniyyət Mərkəzində Benelüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə “Xocalıya Ədalət” (Justice for Khojaly) adlı anım tədbiri keçirilib. AZƏRTAC xəbər verir ki, anım tədbirində ölkəmizin Niderland Krallığındakı səfiri Fikrət Axundov, Benelüks Azərbaycanlıları Konqresinin prezidenti Elsevər Məmmədov, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi Assosiasiyasının sədri Mayisə Ağamirzəyeva, yerli ictimaiyyətin, eləcə də diasporumuzun fəal üzvləri iştirak ediblər.